FHN əməliyyat görüntülərini yaydı - VİDEO

11:21 11.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.

 

Xilasedicilər əməliyyat şəraitinə uyğun xüsusi alpinist vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olub qapını açaraq, vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.